Fənərbaxça klubu çempion oldu
23 May 2011 Bazar Ertəsi 01:40
Bu, Fənərbaxça klubunun 18-ci çempionluğudur.
Türkiyənin 4 böyük futbol komandasından biri olan “Fənərbaxça” (FB) klubu 18-dəfə ölkə super liqasının çempionu oldu. “Spor Toto” super liqası çərçivəsində “Sivasspor”la qarşılaşan FB rəqibini 4-3 hesabı ilə məğlub edərək 2010 – 11-ci il futbol mövsümünü çempionluqla başa vurdu. Qeyd edək ki, qarşılaşmanın ilk hissəsi FB-nin 2-1 hesablı üstünlüyü ilə başa çatıb. Matçda ikinci yarı isə FB-ya çempionluğu qazandıracaq 4-3 hesabı ilə başa çatıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar