Fənərbaxça İngiltərədən futbolçu alır
08 Noyabr 2010 Bazar Ertəsi 17:45
Yohan Elmander Fənərbaxça klubunun maraq dairəsinə düşüb.
Türkiyənin “Fənərbaxça” klubu İngiltərənin “Bolton Uonderers” komandasının üzvü Yohan Elmanderlə maraqlanır. Böyük Britaniyanın “The Mirror” qəzetinin yaydığı məlumata görə, İstanbul klubu 29 yaşlı futbolçunu “qış transfer pəncərəsi”ndə heyətinə qatmağı planlaşdırır.

“Bolton”la müqaviləsi 2011-ci ilin yayında bitəcək Yohan Elmanderin transfer dəyərinin 3,5 milyon avro olduğu bildirilir. Elmanderi heyətinə qatmaq üçün Rusiyanın “Spartak” klubu da çalışır.

Xatırladaq ki, Elmander bu mövsüm Premyer Liqada çıxdığı 11 oyunda 5 qola imza ataraq, 3 məhsuldar ötürmə ilə yadda qalıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar