“Fənərbaxça” iki braziliyalı futbolçu ilə güclənib
21 İyul 2009 Çərşənbə Axşamı 19:10
İstanbul klubu Andre Santosu və Kristian Oliveyranı transfer edib

 

Türkiyənin “Fənərbaxça” futbol klubu iki braziliyalı oyunçunu transfer edib. ANS PRESS-in Uefa.com saytına istinadən verdiyi məlumata görə, istanbullular “Korintians”ın sol cinah müdafiəçisi Andre Santosu və yarımmüdafiəçi Kristian Oliveyranı transfer edib.

Santos ötən ay Konfederasiyalar Kuboku yarışında Braziliya millisində debüt edib. O, “pentakampeonlar”la birgə kuboku başı üzərinə qaldırıb. Bundan başqa Andre ötən mövsüm “Korintians”la birgə Paulista ştatının və ölkə kubokunun qalibi adını da qazanıb. Braziliyalı müdafiəçi “Fiqereynse”, “Atletiko Mineyro” və “Flamenqo” klublarının da şərəfini qoruyub.

Kristian Oliveyra isə “Korintians” klubuna 2008-ci ildə transfer olunub. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar