Fənərbaxça futbolçusu Dia qəza törədib
15 Oktyabr 2011 Şənbə 17:54
Məşqə tələsən Dia yol kənarındakı avtomobili bele görməyib.
İstanbulun “Fənərbaxça” klubunun futbolçusu İssiar Dia qəzaya uğrayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib.

Yaşadığı mənzildən klubun “Samandıra Can Bartu” təlim-məşq bazasına getməyə tələsən futbolçu yol kənarında park edilmiş maşına arxadan çırpılıb. Hər iki avtomobilə ciddi ziyan dəysə də futbolçu xəsarət almayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar