Fənərbaxça əfsanəsi Lefter Küçükandonyadis dünyasını dəyişdi
14 Yanvar 2012 Şənbə 11:31
Lefter Küçükandonyadis xəstənada vəfat edib.
Türkiyənin “Fənərbaxça” klubunun əfsanələrindən sayılan Lefter Küçükandonyadis vəfat edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yanvar ayının 9-da yerləşdirildiyi Amerikan xəstəxanasında dünyasını dəyişib. Bununla bağlı, “Fənərbaxça” klubunun rəhbərliyi Lefter Küçükandonyadisin yaxınlarına və onu sevənlərə başsağlığı verib.

Qeyd edək ki, Lefter 1925-ci ildə İstanbulda doğulub. O, 1947-1964 illər aralığında “Fənərbaxça”nın şərəfini qoruduğu müddətdə 3 dəfə Türkiyə çempionluğu sevinci yaşayıb. Azarkeşlərin “Ordinaryus” ləqəbi verdikləri futbolçu karyerası ərzində 832 qola imza atıb. Lefter İtaliyanın “Fiorentina” və Fransanın “Nitsa” klublarında da legioenerlik həyatı yaşamağa macal tapmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar