“Fənərbaxça”da böyük şok
09 Yanvar 2013 Çərşənbə 01:49
Ulduz futbolçu oyun zamanı huşunu itirdi, xəstəxanaya aparıldı
Türkiyənin “Fənərbaxça” klubunun təcrübəli oyunçusu Mehmet Topal Belçikanın “Genk” klubu ilə yoldaşlıq oyununda başından aldığı zərbədən sonra xəstəxanalıq olub. ANS PRESS-in "Milliyet"ə istinadən verdiyi məlumata görə, ulduz futbolçunun beyin travması aldığı bildirilir. O, oyun zamanı huşunu itirib.
Yayılan rəsmi açıqlamada bildirilir ki, bir anlıq huşunu itirən Mehmet Topal sonradan özünə gəlsə də, xəstəxanaya aparılıb. Türkiyə millisinin oyunçusunun beyninin tomoqrafiyasının çəkiləcəyi açıqlanıb.
Qeyd edək ki, Mehmet Topal “Valensiya”da oynayarkən də oxşar zədə ilə üzləşmişdi.
DOSTLARINLA PAYLAŞ: