Fənərbaxça baş məşqçisi Aykut Kocaman istefa verdi
23 Dekabr 2012 Bazar 01:47
Fənərbaxça baş məşqçisi Aykut Kocaman: Bu şərəfli işi burada nöqtələyirəm, hamıya təşəkkürümü bildirirəm.
Türkiyə “Fənərbaxça” futbol klubunun baş məşqçisi Aykut Kocaman çalışdırdığı komandanın məğlubiyyətindən sonra keçirdiyi mətbuat konfransında tutduğu vəzifədən istefa verdiyini açıqlayıb. Kocaman, artıq bu vəzifəni icra edəcək gücünün tükəndiyini deyib.

“Təxminən 2.5 ildir çox şərəfli iş olan “Fənərbaxça”nın baş məşqçisi vəzifəsini icra edirəm. Bizim kimilər – hər yerdə bu formanın nüfuzundan istifadə edənlər üçün bura zirvədir. Bunu yaşadım. Amma özümdə bunu davam etdirəcək gücü hiss etmirəm. bu qarşılaşma ilə birlikdə tutduğum vəzifəni də sonlandırıram. Azarkeşlər haqlıdır. Deyəcək bir söz yoxdur. Bir çox şeylə mübarizə aparmağa çalışdıq. Vaxtaşırı meydanın dsaxilində və xaricində doğru və səhv hərəkətlərimiz oldu. Bütün bunları “Fənərbaxça” üçün etdim. Əlimdən gələn bu qədərdir. Bu şərəfli işi burada nöqtələyirəm, hamıya təşəkkürümü bildirirəm” – deyə Aykut Kocaman bildirib.

Xatırladaq ki, türkiyənin 4 əsas futbol komandasından biri olan “Fənərbaxça” bu gün keçirdiyi qarşılaşmada “Karabükspor”a 3-1 hesabla məğlub olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar