Fənərbaxça azarkeşlərinə pis xəbər
04 Noyabr 2010 Cümə Axşamı 13:05
Fənərbaxça klubunun rəmzinə çevrilmiş Aleks Türkiyəni tərk edir.
"Fənərbaxça” klubunun aparıcı futbolçularından olan braziliyalı Aleks klubdan ayrılır. Futbolçu “Fənərbaxça” klubunun baş məşqçi Aykut Kocamanla görüşərək mövsümün sonunda klubdan ayrılmaq istədiyini açıqlayıb.
Baş məşqçinin futbolçunun bu seçiminə hörmətlə yanaşdığı və “Fənərbaxça” ilə müqaviləsi mövsüm sonunda bitəcək Aleksin gedişinə etiraz etmədiyi bildirilir.
Xatırladaq ki, Aleks bu mövsüm “Fənərbaxça”nın heyətində 9 qarşılaşmada meydana çıxıb. Bu oyunlarda 4 qol vuran futbolçu 4 dəfə məhsuldar ötürmə ilə yadda qalıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: