Fənərbaxça aşağı liqa yolunda
26 Avqust 2011 Cümə 21:48
Fənərbaxça rəhbərliyi Türkiyə Futbol Federasiyasına müraciət edib.
Türkiyənin "Fənərbaxça" futbol klubu Super Liqada oynamaqdan imtina edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul klubu artıq bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət edib.

"Fənərbaxça"nın vitse-prezidenti Ali Koç açıqlamasında deyib ki, bu gün TFF-nin nümayəndələri ilə bir araya gəlib: “TFF-dən "Fənərbaxça"nın düşdüyü vəziyyətlə bağlı bizə yardımçı olmalarını, komandanın aşağı liqaya göndərilməsinə qərar vermələrini istədik. Bu bir üsyan deyil, qərarımıza sayğı duymalarını istədik”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar