“Fənərbaxça” Ankaradan məğlub qayıtd
13 Dekabr 2010 Bazar Ertəsi 02:15
Qarşılaşmada bir çox qol epizodu yaransa da əlverişsiz hava şəraiti səbəbilə fənərbaxçalılar bundan istifadə edə bilməyib
Türkiyədə keçirilən “Spor-Toto” super liqasının 16-cı həftə qarşılaşmasında ölkənin ən güclü 3 komandasından biri olan “Fənərbaxça” paytaxtın “Ankaragücü” komandasına 2-1 hesabla məğlub oldu. Ankaranın “19 may” stadionunda keçirilən qarşılaşmanın ilk hissəsi qolsuz baş çatıb. İkinci hissədə vurulan qolları 62 və 78-ci dəqiqələrdə “Ankaragücü”nün oyunçusu Sestak vurub. “Fənərbaxça”nın yeganə qolunu isə 90+3-cü dəqiqədə Nianq vurub.
Qeyd edək ki, qarşılaşmada bir çox qol epizodu yaransa da əlverişsiz hava şəraiti səbəbilə fənərbaxçalılar bundan istifadə edə bilməyib.
DOSTLARINLA PAYLAŞ: