Fenerbahçe klubu ilk açıqlamasını verdi
03 İyul 2011 Bazar 17:16
Fenerbahçe İdman klubu tez bir zamada bütün həqiqətin üzə çıxmasını istəyir.
Məlum olduğu kimi bu gün səhər saatlarından Türkiyənin bir sıra futbol komandalarının üzvləri, rəhbərləri, bir sıra tanınmış futbolçular həbs edilib. Son futbol mövsümündə çempionluğunu pulla alması iddia edilən məşhur “Fenerbahçe” idman klubu artıq baş verən məsələ ilə bağlı rəmsi internet səhifəsində açıqlama yerləşdirib.
İdman klubunun saytında yerləşdirilən açıqlamada bildirilir ki, bu gün səhər saatlarında İstanbul polisininin apardığı araşdırma nəticəsində bir sıra idman klublarının rəhbərləri ilə birgə “Fenerbahçe”nin də rəhbəri Əziz Yıldırım da həbs edilib:
“"Fenerbahçe İdman Klubu" olaraq hüquq və ədalətə olan inamımızı bir daha təkrar edərək aparılan araşdırmanın tez bir zamanda yekunlaşmasını və həqiqətin üzə çıxarılamalı olduğunu bildiririk.
Keçmişi şan və şərəflə dolu klubumuz tarixin heç bir dönəmində qanunsuzluq içində olmayıb, bundan sonra da olmayacaq".
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: