Fənərbağça Sivasspor klubuna məğlub oldu
04 Fevral 2013 Bazar Ertəsi 08:25
İstanbul klubu Fənərbağça Sivasspor klubuna öz meydanında məğlub oldu.
Türkiyə Superliqasında “Fənərbağça” öz meydanında “Sivasspor” məğlub olub. ANS PRESS-in məlumatına görə, qarşılaşma qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb.

“Sivasspor”a qələbə qazandıran hər iki qolu Eneramo vurub. “Fənərbağça”nın təsəlli qolunun müəllifi isə yeni transfer Vebo olub. İstanbul klubunun legioneri Kayt isə penaltini qola çevirə bilməyib.

Bu məğlubiyyətlə “Fənərbağça” lider “Qalatasaray”la xal fərqini azaltmaq imkanını əldən verib, üstəlik daha 1 xal geriyə düşüb. Oyundan sonra tribunalardan “İstefa!” və “Aleks de Souza” şüarları səslənib.








































DOSTLARINLA PAYLAŞ:

oyunlar