"Fənər"in məşqində dava düşdü
24 Noyabr 2010 Çərşənbə 16:30
Caner Erkinlə Bilika bir-birini əzişdirib
Türkiyə Super Liqasənın növbəti turu çərçivəsində baş tutacaq qarşılaşmaya hazırlaşan “Fənərbaxça” klubunun məşqində qalmaqal yaşanıb. Məşq prosesi zamanı Bilika və Caner Ergin arasında dava düşüb.
Top uğrunda mübarizədən başlayan narazılıq sonradan böyüyüb. Əlbəyaxa olan futbolçuları komanda yoldaşlaırı çətinliklə ayıra bilib. Məşq prosesinin sonunda isə Caner Erkin Bilikanın yanına gedərkən onunla barışıb.
DOSTLARINLA PAYLAŞ: