Feliks Maqat istefaya göndərildi
16 Mart 2011 Çərşənbə 17:02
“Şalke” klubunun rəhbərliyi baş məşqçi ilə yollarını ayırmaq qərarına gəlib
Almaniya çempionatında bu mövsüm uğursuz çıxışı ilə yadda qalan “Şalke” klubunun baş məşqçisi Feliks Maqat istefaya göndərilib. ANS PRESS-in “Şalke”nin rəsmi saytına istinadən verdiyi məlumata görə, 57 yaşlı baş məşqçi bu gün “Şalke”nin idarə heyətinin qərarı ilə tutduğu postdan azad edilib. Onun yerinə müvəqqəti olaraq Hors Heldt və Peter Peters gətirilib.
Xatırladaq ki, “Şalke” Feliks Maqatın rəhbərliyi altında Almaniya çempionatında uğursuz çıxış etsə də, Çempionlar Liqasında 1/4 final mərhələsinə yüksəlib. “Şalke” İspaniyanın “Valensiya” klubunu 1/8 finalda məğlub edib.
DOSTLARINLA PAYLAŞ: