Fatih Terimin klubu məlum oldu
24 Aprel 2010 Şənbə 16:10
“Olimpiakos” klubu Fatih Terimə təklif göndərib.
Futbol üzrə Türkiyə yığma komandasının sabiq baş məşqçisi Fatih Terim gələn mövsümdən Yunanıstanın “Olimpiakos” klubunu çalışdıracağı bildirilir.

Türk məşqçinin artıq klub nümayəndələri ilə görüşdüyü də bildirilir. Görüş zamanı 57 yaşlı məşqçi öz məvacibindən əvvəl klubun transferlərə ayıracağı büdcə ilə maraqlanıb.

Xatırladaq ki, Fatih Terim 1996-cı ildə Türkiyə yığmasını ilk dəfə olaraq Avropa çempioanatına çıxarmaqla şöhrət qazanmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar