Fatih Terim yeni müqaviləyə imza atdı
01 Aprel 2012 Bazar 20:01
“Qalatasaray”ın prezidenti dəyişməyincə, baş məşqçisi də dəyişməyəcək
“Qalatasaray” rəhbərliyi klubun baş məşqçisi Fatih Terimlə yeni müqavilə imzalayıb. ANS PRESS-in türk mətbuatına istinadən verdiyi məlumata görə, klub prezidenti Ünal Aysal bildirib ki, prezidentliyi dövrünün sonuna kimi klubun baş məşqçisi postunda Terim olacaq.

Qeyd edək ki, əvvəl Terimlə “1+1+1” illik müqavilə imzalanmışdı. Yeni müqavilə isə daha 2 mövsümü nəzərdə tutur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar