Fatih Terim səmimi etiraf edib
01 İyul 2011 Cümə 23:43
"Qalatasaray"ın çalışdırıcısı Fatih Terim argentinalı Esteban Kambiassonu komandasında görmək istədiyini açıqlayıb.
“Qalatasaray”ın baş məşqçisi Fatih Terim jurnalistlərə açıqlamasında argentinalı Esteban Kambiassonu komandasında görmək istədiyini etiraf edib. Onun sözlərinə görə, hazırda klub nümayəndələri bu futbolçunun transferi üçün əlindən gələni edirlər.

Qeyd edək ki, “İnter”də çıxış edən Kambiassonun transfer qiymətinin 10 milyon avro olduğu bildirilir. İtaliya mətbuatının yazdığına inansaq, 31 yaşlı futbolçu Milandan ayrılmaq istəmir. Lakin Avropanın adlı-sanlı klublarının cəlbedici təklifləri olacağı təqdirdə, karyerasını başqa yerdə davam etdirməyə hazırdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar