Fatih Terim Qalatasaray klubundan getdi
24 Sentyabr 2013 Çərşənbə Axşamı 22:06
İmperator leqebli Fatih Terim Türkiye millisi ile üzünmüddetli müqavile imzalayacağı gözlenilir.
“Qalatasaray” Fatih Terimlə yollarını ayırıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, klubun idarə heyətinin toplantısında "Qalatasaray"ın Fatih Terimlə yoluna davam etməsi məqsədəuyğun sayılmayıb.

Qeyd edək ki, Fatih Terim “Qalatasaray”ın “Antalyaspor”la qarşılaşmasının ardından klub rəhbərliyinin yeni müqavilə təklifindən imtina edib.

“Qalatasaray”ı ardıcıl iki dəfə çempion edən və Çempionlar Liqasınnda ¼ finala çıxmağı bacaran Fatih Terimin Türkiyə millisi ilə uzün müddətli müqavilə imzalayacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar