Fatih Terim planetin ən yaxşı məşqçiləri sırasında
20 Yanvar 2010 Çərşənbə 17:41
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının yeni reytinqi açıqlanıb. Fatih Terim planetin ən yaxşı məşqçiləri sırasındadır.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası son 14 ilin ən yaxşı məşqçilərin siyahısını açıqlayıb. 130 mütəxəssisin yer aldığı siyahıda ilk pilləni İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Aleks Ferqyuson tutub. Hesabında 87 xal olan şotland çalışdırıcı ən yaxın izləyicisi olan italyalı Marçello Lippi və fransız Arsen Vengeri arxada qoyub.

Ən yaxşı məşqçilərin siyahısında türkiyəli Fatih Terim 32-ci, Şenol Günəş isə 54-cü yerdə qərarlaşıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar