Fatih Terim iddialı açıqlamalar verdi
09 Sentyabr 2013 Bazar Ertəsi 23:33
Fatih Terim: Möcüze axtarışındayıq, itireceyimizi itirmişik.
“DÇ-2014”-ün seçmə mərhələsi çərçivəsində Rümıniya millisi ilə qarşılaşacaq Türkiyə yığmasının baş məşqçisi Fatih Terim sabahkı oyunla bağlı fikirlərini açıqlayıb.

ANS PRESS-in Türkiyə mediasına istinadən məlumatna görə, “İmperator” həmişəki kimi iddialı açıqlamalar verib: “Möcüzə axtarışındayıq. İtirəcəyimizi itirmişik. Bu səbəbdən çəkinəcəyimiz bir şey yoxdur. Rümınıya millisi çox yaxşı komandadır. Son illərin ən güclü Rümıniya millisidir. Ancaq mən futbolçularıma güvənirəm. İki şeyi oyunçularıma anlatmağa çalışmışam. Birincisi səhv etməkdən, ikincisi isə uduzmaqdan qorxmamalarını onlara demişəm”.

Fatih Terim Rümınıya ilə oyunda yalnız qələbəyə oynayacaqlarını bildirib: “Rümıniyanın qrupdakı haqqını veririk. Amma futbolçularım çox istəklidirlər. Bu oyuna hər futbolçu hazırdır. Rümıniya ilə oyunda üstünlüyümüz də budur. Heyətdə itkimiz yoxdur”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar