Türkiyə milli komandasının sabiq baş məşqçisi Fatih Terim Nigeriya yığmasından təklif alıb. Nigeriya Futbol Federasiyası rəhbərliyi yığma komandanın 2010-cu il dünya çempionatında uğurlu çıxışını təmin etmək üçün güclü futbol mütəxəssini texniki məsləhətçi qismində milliyə gətirməyi düşünür.
Nigeriya futbol rəsmilərinin seçimində Fatih Terimin Avropada güclü kollektivləri çalışdıran bir mütəxəssis olması böyük rol oynayır.
Bu arada Türkiyə mətbuatı Fatih Terimin bu təklifi müsbət cavablandırdığı haqda məlumat yayıb.
ANSPRESS