Fatih Təkkə Türkiyəyə qayıdır
22 Dekabr 2009 Çərşənbə Axşamı 22:05
Fatih Təkkə Türkiyəyə qayıdır. "Trabzonspor" onun keçidini həll edib.
Rusiya “Zeniti”nin türkiyəli forvardı Fatih Təkkənin ölkəsinə qayıtması barədə razılaşma demək olar ki, əldə olunub. Bunu Türkiyənin “Trabzonspor” klubunun prezidenti Sədri Şener deyib.

“Biz onun “Trabzonspor”a keçidinə çox yaxınıq. Transferlə bağlı problem olmamalıdır. Düşünürəm ki, Təkkə mövsümün ikinci yarısını bizimlə keçirəcək”, - deyə o bildirib.

Xatırladaq ki, bir müddət öncə Təkkənin transferə çıxarıldığı bildirilirdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar