Fatih Təkkə Rusiyanı tərk edib
14 Dekabr 2009 Bazar Ertəsi 16:40
Fatih Təkkə Rusiyanı tərk edib. Onun “Zenit” klubundakı taleyi yeni baş məşqçidən asılıdır.
Rusiyanın “Zenit” klubunun türkiyəli futbolçusu Fatih Təkkənin gələcək taleyi klub və onun yeni baş məşqçisi Luçano Spalettinin qərarından asılı olacaq.

Forvard Piter klubunu tərk edib-etməyəcəyini hələ ki bilmir.

Xatırladaq ki, türkiyəlinin “Zenit”lə müqaviləsinin müddəti gələn ilin avqustunda başa çatır.
Əlavə edək ki, Fatih Təkkə mövsümün sonunda müqavilə başa çatanadək Rusiya klubunda qalmaq istədiyini ifadə edib. İndi çox şey yeni baş məşqçi Luçano Spallettidən asılı olacaq.

Hazırda o vətənindədir və heç bir klubla danışıqlar aparmır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar