Fatih Təkkə "Qarabağ" rəhbərliyini şoka salıb
07 Dekabr 2010 Çərşənbə Axşamı 17:55
Futbolçu illik 3 milyon avro məvacib istəyib
"Qarabağ" Avropa Liqasının ilkin raundunda "Borussiya" ilə oyundan öncə super-transferə imza ata bilərmiş. Belə ki, Premyer Liqanın ilk turunda zədələnən Əfran İsmayılovun yerini doldurmaq üçün klub rəhbərliyi yeni futbolçu transfer etmək istəyib. "Qarabağ" Fatih Təkkə ilə danışıqlar aparıb və onun razılığını ala bilib. Ancaq Ağdam təmsilçisi futbolçudan elə fantastik rəqəm eşidib ki, aldığı cavabdan şoka düşüb.

Belə ki, Təkkə "Qarabağ"da oynayacağı hər il üçün 3 milyon avro istəyib. Bunu eşidən klub rəhbərliyi transferdən imtina edib.

Qeyd edək ki, avqustda "Qarabağ"a keçidi baş tutmayan türk futbolçu Rusiyanın "Rubin" klubundan "Beşiktaş"a keçib. O, əvvəllər "Trabzonspor", "Altay", "Qaziantepspor" və "Zenit" klublarının formasını geyinib. 25 dəfə Türkiyə yığmasına çağırılıb və 9 qola imza atıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar