Fabio Luis Ramim: "Lənkərana qələbə dalınca gedirik"
26 Aprel 2011 Çərşənbə Axşamı 20:56
Fabio Luis Ramim: “Kuboku qazanmaqla, uğursuzluğu unutdurmaq istəyirik”.
"Bizim də qələbə qazanmaqdan başqa yolumuz yoxdur. Çempionatı boşa vermişik. Heç olmasa kuboku qazanmaqla, uğursuzluğu unutdurmaq istəyirik". Bunu jurnalistlərə açıqlamasında "Bakı"nın futbolçusu Fabio Luis Ramim deyib.

Millimizin də şərəfini qoruyan braziliyalı futbolçu Lənkərana qələbə ardınca getdiklərini bildirib: "Lənkərana qələbə qazanmağa gedirik. Çətin olacaq. Çünki onlar bizdən əvəz çıxmaq istəyəcək. Həm də dolu tribunalar önündə oynayacağıq. Amma biz "Xəzər Lənkəran"a qalib gələ bilərik". ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar