Fabio Kapello Rusiya millisinin yeni baş məşqçisi olub
14 İyul 2012 Şənbə 02:38
Bu, italiyalı futbol mütəxəssisi Fabio Kapellodur.
Rusiyalı futbolçu Andrey Arşavinin saytı Rusiya millisinin yeni baş məşqçisinin adını açıqlayıb. ANS PRESS-in sayta istinadən verdiyi məlumata görə, bu, Fabio Kapellodur.

İyunun 10-da Rusiya Futbol İttifaqı (RFİ) Rusiya millisinə rəhbərlik edə biləcək məşqçilərin siyahısını açıqlamışdı. Həmin siyahıda Fabio Kapellonun da adı var idi.

İyulun 12-də italiyalı futbol mütəxəssisi RFİ ilə danışıqlar aparıb. KİV-in məlumatına görə, Fabio Kapello Rusiya millisinə başçılıq etməyə hazır olduğunu bəyan edib.

“Sovetskiy sport”un məlumatına görə, Fabio Kapello ilik 10 milyon avro (əvvəlki məşqçi Dik Advokatın aldığından üç milyon avro çox) maaşla dörd illik müqavilə imzalaya bilər. “Sport-Ekspress” isə bu məbləğin 5 milyon avro olduğunu yazıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar