Fabio Kapello: Azərbaycan hörmət edilməli rəqibdir
16 Oktyabr 2012 Çərşənbə Axşamı 12:14
Rusiya yığmasının baş məşqçisi Fabio Kapello Rusiya-Azərbaycan oyunu haqqında danışıb.
Futbol üzrə Rusiya yığma komandasının baş məşqçisi Fabio Kapello Dünya Çempionatı-2014 seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycanla baş tutacaq oyun haqqında danışıb.

“Mənə elə gəlir ki, siz bu günki oyunun bizim üçün asan keçəcəyini düşünürsünüz. Ancaq mən elə fikirləşmirəm. Əminəm ki, Azərbaycan hörmət edilməli bir rəqibdir. Bu yığma Berti Fotqsun rəhbərliyi altında çox nizam-intizamlı oyun sərgiləyir. Onlar Bakıda keçirilən İsrail ilə qarşılaşmada artıq bunu sübut ediblər.”, - deyə F.Kapello bildirib.

Rusiya yığmasının baş məşqçisi Azərbaycan yığmasının heyətində bir neçə təhlükəli hücumçunun olduğunu bildirib. Qeyd edək ki, Rusiya-Azərbaycan matçı bu gün 20:00-da start götürəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar