Əziz Yıldırım həbs olundu
11 İyul 2011 Bazar Ertəsi 01:49
Əziz Yıldırım həbs olunub. Fənərbaxça azarkeşləri ilə polis arasında qalmaqal baş verib.
Türkiyə futbolunda danışılmış oyunlarla bağlı istintaqı davam edən “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım barəsində məhkəmə həbs qərarı verdi. Ötən gün yerli vaxtla saat 14.00-də (Bakı vaxtıyla 16.00) məhkəməyə aparılan Yıldırımın sorğusu saat 18.30-a (B. v. 20.30) qədər davam edib. Əziz Yıldırım Türkiyə vaxtıyla saat 21.20-də (B. v. 23.20) İstanbul “Metris”həbsxanasına yerləşdirilib.

Həbsxanaya aparıldığı vaxt bir qrup “Fənərbaxça” azarkeşi Yıldırım üçün dəstək şüarları səsləndirərək həbsxanaya yaxınlaşmağa çalışıb. Polisin müdaxiləsinə isə azarkeşlər daşlarlaq və dəyənəklərlə cavab verib. Baş vermiş qalmaqalda televiziya müxbirlərindən biri başına dəyən butulka zərbəsi ilə xəsarət alıb.

Həbs qərarından sonra isə “FB-TV” (Fənərbaxça telekanalı) Əziz Yıldırımın “Fənərbaxça” klubunu sevdiyini ifadə etdiyi müsahibələrin çarxlarını yayımlamağa başlayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar