Əziz Yıldırım həbs oluna bilər
10 İyul 2011 Bazar 21:25
“Fənərbaxça”nın prezidenti Əziz Yıldırım məhkəmədə 10 saat sorğuya tutulub
Azərbaycanda kifayət qədər tərəfdarı olan Türkiyənin “Fənərbaxça” futbol klubunun prezidenti Əziz Yıldırımın vəziyyəti olduqca qəlizdir. Türkiyə futbol çempionatında oyun alqı-satqısında ittiham olunan və bu qalmaqalla meydana çıxandan sonra bir həftədir ki, xəstəxanada müalicə alan Ə. Yıldırım ifadə vermək üçün məhkəməyə gətirilib. Onun sorğusu düz 10 saat sürüb.

Son məlumatlara görə, Əziz Yıldırımın bəzi iddialar üzrə günahı isbatlanıb. Onun cinayət məsuliyyətinə cəlb olunması ehtimal olunur. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar