Əziz Yıldırım: Futbolunuz yavaş-yavaş inkişaf edir
25 May 2011 Çərşənbə 14:53
Fənərbaxça klubunun prezidenti Əziz Yıldırım Bakıda olub.
Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın final matçını stadiondan izləyənlər arasında Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım da olub. ANS TV-nin məlumatına görə, klub rəhbəri hissələr arası fasilədə jurnalistlərin suallarını cavablandırıb.

“Futbolunuz inkişaf edir. Yavaş-yavaş inkişaf etdiyini görürük. İnşallah daha yaxşı vəziyyətə gələcək. “Fənərbaxça” klubunun burada oyun keçirməsi ilə bağlı nəsə deməyim yanlış olardı. Belə bir təklif olsa dəyərləndirərik. Azərbaycan yığmasının Türkiyə millisini məğlub etməsinə dair heç nə deyə bilmərəm. Çünki biz "bir millət, iki dövlət" anlayışı içindəyik və buranı doğma bilirik”, - deyə Əziz Yıldırım bildirib.

Xatırladaq ki, Əziz Yıldırımın da izlədiyi Azərbaycan kubokunun final matçında “Xəzər Lənkəran” “İnter”i oyunsonrası penalti zərbələri ilə məğlub edərək baş mükafatı qazanıb. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar