Əxlaqsız jest futbolçuya baha başa gəldi
21 Dekabr 2010 Çərşənbə Axşamı 23:05
Vadim Borets AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb
AFFA İntizam Komitəsi "Bakı"nın futbolçusu Vadim Boretsi cəzalandırıb. Buna səbəb futbolçunun "İnter"lə matçın 80-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılması olub. Buna görə Borets 1 oyunluq cəzalandırılıb, klubu isə 200 manat cərimə olunub.
Qeyd edək ki, Borets "İnter"lə oyunda əxlaqsız jest etmiş və bu, oyunu lentə alan kameralara da düşmüşdü. Lakin AFFA moldovalı futbolçunu sıradan bir qanun pozuntusuna yol verən oyunçu kimi cəzalandırıb.
Eyni zamanda iclasda İntizam Komitəsi AZAL – “Qəbələ” oyununun 62-ci dəqiqəsində meydançaya kənar şəxs girdiyi üçün meydan sahibinə xəbərdarlıq edilib.
Komitə "Gəncə"ni "Neftçi" ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimə edib. Həmçinin İntizam Komitəsi NBC Bank Azərbaycan Kubokunun 1/8 finalının "Bakı" - "Muğan" matçında "Bakı"nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığından paytaxt klubunu 1000 manat cərimələyib.
DOSTLARINLA PAYLAŞ: