EURO-2012: Rusiya şokda, Yunanıstan və Çexiya ¼ finalda
17 İyun 2012 Bazar 01:57
A qrupunda mübarizə başa çatdı.
Futbol üzrə Avropa çempionatının A qrupunda mübarizə başa çatıb. Son turun nəticəsində görə, Yunanyıstan və Çexiya milliləri növbəti mərhələyə vəsiqə qazanıblar.

Rusiya millisi Avropa çempionatının ¼ final mərhələsinə çıxa bilməyib. Dik Advokatın komandası son turda Yunanıstan millisinə məğlub olub. Oyunun birinci hissəsi rusların üstünlüyü ilə keçsə də, 45-ci dəqiqə Yunanıstan millisi hesabda irəli çıxıb. Əks-hücumdan sonra Gerqos Karaqunis Yunanıstan millisinin qolunu vurub. İkinci hissədə Rusiya millisi hesabı bərabərləşdirməyə can atsa da, fərqlənə bilməyib.

Qrupdakı digər qarşılaşmada Çexiya millisi Polşa yığmasını məblub edib. Oyun çexiyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmadakı yeganə qolu 71-ci dəqiqədə Petr İraçek vurub.

Beləliklə, qrupda ilk iki yeri tutan Çexiya və Yunanıstan milliləri Avropa çempionatının play-off mərhələsinə vəsiqə qazanıblar.

























































DOSTLARINLA PAYLAŞ:

oyunlar