EURO-2012: İspaniya millisindən darmadağın
15 İyun 2012 Cümə 01:56
Fernando Torres dubla imza atdı
Futbol üzrə Avropa çempionatında C qrupunun son oyunu keçirilib. ANS PRESS-in məlumatına görə, İspaniya millisi İrlandiya yığmasını 4:0 hesabı ilə məğlub edib.

Qarşılaşmada hesabı 4-cü dəqiqədə Fernando Torres açıb. Birinci hissə ispanların bir topluq üstünlüyü ilə başa çatıb. İkinci hissədə isə hesab darmadağın həddinə çatıb. 49-cu dəqiqədə Silva İspaniya millisinin üstünlüyünü iki topa çatdırıb, 70-ci dəqiqədə isə Fernando Torres özünün ikinci, komandasının üçüncü qolunu vurub. Qarşılaşmada son nöqtəni 83-cü dəqiqədə Sesk Fabreqpas qoyub - 4:0.

Qeyd edək ki, qrupdakı ilk oyunda İtaliya və Xorvatiya milliləri 1:1 hesablı heç-heçə oynamışdılar. Beləliklə, qrupun turnir cədvəlində ilk yerlərə hərəyə 4 xalla İspaniya və Xorvatiya milliləri bölüşdürürlər. İki oyunda cəmi iki xal toplayan İtaliya yığması üçüncü pillədədir. İrlandiya yığması hələ xal qazana bilməyib və sonuncu yeri tutur.









































































DOSTLARINLA PAYLAŞ:

oyunlar