EURO-2012: İngilislərin çətin qələbəsi
16 İyun 2012 Şənbə 02:25
İsveç millisi pley-off şansını itirdi
Futbol üzrə Avropa çempionatında İngiltərə millisi İsveç yığmasını məğlub edib. Oyunun gedişində 1:2 hesabı ilə geriyə düşən ingilislər sonda 3:2 hesabı ilə qalib gəlməyi bacarıblar. Bu məğlubiyyətdən sonra İsveç millisi çempionatın ¼ final mərhələsinə çıxmaq şansını itirib.

Oyunda hesabı 23-cü dəqiqədə İngiltərə millisinin hücumçusu Endi Kerroll açıb. 49-cu dəqiqədə ingciltərəli müdafiəçi Qlen Conson öz qapısına qol vurub, 59-cu dəqiqədə isə isveçli Ulov Melberq komandasını hesabda irəli çıxarıb.

İngiltərə millisi oyunçu dəyişikliyi ilə meydana çıxan Teo Uolkotun qolu sayəsində 65-ci dəqiqədə hesabı bərabərləşdiriblər. 78-ci dəqiqədə isə Denni Uelbek İsveç millisinin qapısına qələbə qolunu vurub.

D qrupunda bundan əvvəl Fransa millisi Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.

İki turdan sonra dörd xal toplayan Fransa və İngiltərə milliləri qrup lideridirlər. Ukrayna yığmasının üç xalı var. İsveç millisi isə iki oyunda xal qazana bilməyib. Üçüncü turda Fransa-İsveç, İngiltərə-Ukrayna qarşılaşmaları keçiriləcək.


























































































DOSTLARINLA PAYLAŞ:

oyunlar