EURO-2012-də D qrupunyn ¼ finalçıları məlum olacaq
19 İyun 2012 Çərşənbə Axşamı 05:35
Mübarizə üç komanda arasında gedəcək.
Futbol üzrə Avropa çempionatında bu gün D qrundan ¼ finala vəsiqə qazanacaq komandalar məlum olacaq. Üçüncü turda Ukranya və İngiltərə milləri Donetskdə, İsvekç və Fransa yığmaları isə Kiyevdə qarşılaşacaqlar. Oyunlar Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.
Pley-offa vəsiqə uğrunda üç komanda mübarizə aparacaq. Kvartetin yecanə bəxtsizi İsveç millisidir. O, hər iki oyunda məğlub olub və mübarizəni davam etdirmək şanslarını hətta nəzəri cəhətdən də itirib. İngiltərə və Fransa millilərinin 4, çempionatın ev sahiblərinin isə 3 xalı var.
Ukrayna yığmasına ¼ finala çıxmaq üçün futbolun banislərini məğlub etmək vacibdir. Oleq Bloxinin komandası əvvəlki iki oyunu birmənalı keçirməyib. Komanda start oyununda İsveç millisini 2:1 hesabı ilə məğlub edib. Fransa yığması ilə oyunda isə Ukrayna millisi çox xəif oyun nümayiş etdirdi və 0:2 hesabı ilə məğlub oldu. Bu günkü qarşılaşma ev sahibləri üçün sonuncu ola bilər. Ona görə də azarkeşlə həlledici oyunda millidən yalnız qələbə gözləyirlər. Ukraynalıların lideri Andrey Şevçenkonun oyunda iştirakı hələlik açıq qalır. Millinin kapitanının diz oynaqları ötən oyunda zədələnib. 35 yaşlı hücumçunun “Donbass Arena”da meydana çızıb-çıxmayacağı qarşılaşmaya bir neçə saat qalmış məlum olacaq.
İngilislərə bu günkü oyunda heç-heçə də kifayət edir. Qrupda pley-off mərhələsinə çıxmaq üçün ən şanslı komanda məhz İngiltərə millisidir. Dumanlı Albion futbolçuları əvvəlki turlarda Fransa yığması ilə heç-heçə oynamış (1:1), İsveç yığmasını isə məğlub etmişdilər (3:2). İngilislər üçün əsas hadisə Ueyn Runinin millinin əsas heyətinə qayıdışı olacaq. O, EURO-2012-nin seçmə mərhəsində iki aylıq diskvalifikasiya edilmişdi.
Ukrayna paytaztında Fransa və İsveç milliləri qarşılaşacaqlar. Loran Blanın yetirmələrinə Avropa birinciliyində mübarizəni davam etdirmək üçün heç-heçə kifayət edir. Məğlubiyyət də Fransa millisinin ¼ final mərhələsinə gedən yolunda əngəl olmaya bilər. Bu halda hər şey paralel oyunun nəticəsində asılı olacaq.
İsveç futbolçuları isə bu gün meydana yalnız nüfuz üçün çıxacaqlar. Çünki komandanın mübarizəni davam etdirmək şansı qalmayıb.
DOSTLARINLA PAYLAŞ: