EURO-2012: Almaniya millisinə tərs şillə
29 İyun 2012 Cümə 01:55
Mario Balotellinin dublu İtaliya millisini finala apardı.
Futbol üzrə Avropa çempionatının ikinci yarımfinal oyunu keçirilib. ANS PRESS-in məlumatına görə, İtaliya millisi turnirin finalına vəsiqə qazanıb.

İtaliya yığması çempionatın əsas favoriti sayılan Almaniya millisini məğlub edib. İtaliyalı futbolçu Mario Balotelli qarşılaşmanın birinci hissəsində dubla imza atıb. Almaniya millisi isə ikinci hissədə bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Almanların yeganə qolunu oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə türk futbolçu Məsud Özil penaltidən vurub.











































































































DOSTLARINLA PAYLAŞ:

oyunlar