Estoniya Futbol Federasiyasının prezidenti Ayvar Poxlak futbol üzrə Ermənistan yığma komandasının üzvlərinə hücum edib. Ermənistan Futbol Federasiyasının məlumatına görə, insident Estoniya-Ermənistan görüşündən bir neçə saat əvvəl baş verib. Ayvar Poxlak Tallin stadionunda məşq edən Ermənistan yığmasının oyunçularını «alçaqlar» və «əclaflar» adlandırıb. Qarşıdurmanı Ermənistan Futbol Federasiyasının rəhbəri Ruben Ayrapetyan sakitləşdirib. Ayvar Poxlak isə sonradan açıqlama verib ki, erməni futbolçular meydançadakı ot örtüyünü korlayırlarmış.
Qeyd edək ki, bir neçə saat əvvəl Ayvar Poxlak Ermənistandan olan həmkarları tərəfindən hədələndiyini açıqlamışdı. /ANS PRESS/