Əsgər Abdullayev yetirmələrini təriflədi
25 Mart 2012 Bazar 19:39
Əsgər Abdullayev: İlk qolu qapımızdan buraxsaq da, uşaqlar psixoloji cəhətdən sınmadı.
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 25-ci turunun “Rəvan”la oyununu şərh edib. ANS PRESS-in azerisport.az portalına istinadən verdiyi məlumata görə, Tovuz klubunun çalışdırıcısı komandasının 2:1 hesablı qələbəyə sevindiyi görüşdən sonra bunları söyləyib:

“Oyundan öncə heyətlə bağlı müəyyən problemlərimiz var idi. Aftandil Hacıyevin olmaması müəyyən qədər çətinlik yaradırdı. Rəqibimiz öz oyun üslubu olan komandadır. “Rəvan”la oynamaq asan deyil. İlk qolu qapımızdan buraxsaq da, uşaqlar psixoloji cəhətdən sınmadı. Əzmkar oyun göstərib iki qol vura bildik. Yaxşı oyuna görə komandama təşəkkür edirəm”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar