Əsgər Abdullayev: Uduzmaqdan yorulmuşuq
15 Dekabr 2011 Cümə Axşamı 22:34
“Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev "Qəbələ" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
“Uduzmaqdan yorulmuşuq”. Bu sözləri “Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib. Premyer Liqanın XVII turu çərçivəsində bu gün “Qəbələ” ilə qarşılaşan “Turan” yenə meydanı məğlub tərk edib. Mövsümün əvvəlindən maliyyə problemləri içərisində çabalayan Tovuz təmsilçisi Şəmkirdə keçirilən görüşdə qapısını toxunulmaz saxlaya bilməyib. Nəticədə Hilarionun vurduğu yeganə qol qarşılaşmanın taleyini həll edib.
Baş məşqçi məğlubiyyətin səbəbini heyətdə edilən dəyişikliklərlə bağlayıb: “Neçənci dəfədir ki, yeni komanda qururuq. Hər dəfə dəyişiklik etmək məcburiyyətində qalırıq. Təcrübəsizlikdən səhvə yol verdik və qapımızdan top buraxdıq. Görüləsi işlərimiz hələ çoxdur”.
DOSTLARINLA PAYLAŞ: