Əsgər Abdullayev istənilən komandada işləməyə hazırdır
11 May 2010 Çərşənbə Axşamı 23:50
İşsiz olan məşqçi Əsgər Abdullayev hazırda yeni təkliflər gözləyir.
Başa çatmaqda olan mövsümün əvvəlində “Olimpik-Şüvəlan”la yollarını ayıran Əsgər Abdullayev istənilən komandada işləməyə hazırdır. Bu haqda məşqçi özü məlumat verib. Paytaxt klubundan ayrılandan bəri işsiz olan təcrübəli mütəxəssis hazırda yeni təkliflər gözləyir. Hələlik sərfəli təklif almadığını deyən Abdullayev nəinki ölkə xaricində işləməyə, istənilən komandanı, həttə birinci dəstədə yarışan klubu belə çalışdırmağa hazır olduğunu bildirib.

“Artıq mövsümün sonu olduğundan əksər klublar müəyyən dəyişikliklərə əl atmaqda maraqlı olur. Mən də indiki məqamda müəyyən təkliflər alacağımı gözləyirəm. Amma hələlik elə dəvət almamışam. Alsam, dərhal dəyərləndirməyə çalışaçacağam. Çünki belə işsiz, futboldan kənarda qalmaq heç də xoş deyil. İndiki məqamda istənilən komandada çalışmağa hazıram. Ölkə xaricindən dəvət gəlsə, vətəndən kənarda işləməkdə də hansısa problem görmürəm. Ailəm var, hər bir insanın da ailəsini dolandırmaq üçün mütləq işi-gücü olmalıdır”,-deyə məşqçi bildirib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar