Ərtoğrul Sağlam Azərbaycan millisinin üzvünə şans vermədi
29 İyul 2013 Bazar Ertəsi 04:34
Ufuk Budakın komandası “Kasımpaşa” ilə üz-üzə gəlib.
Milli komandamızın üzvü olan Ufuk Budakın komandası “Əskişəhərspor” Avstriyada təlim məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Türkiyə Superliqasının təmsilçisi sözügedən ölkədə üçüncü yoxlama oyununu keçirib.

Son yerli çempion olan Vyana “Austriya”sını məğlub (3:1) edib, "Viner”lə (1:1) bərabərə qalan Ufukun komandası bu dəfə “Kasımpaşa” ilə üz-üzə gəlib. Qarşılaşmada Əskişəhər klubu minimal hesabla uduzub.

Daha əvvəl iki oyunda meydanda forma geyinən Ufuka bu dəfə baş məşqçi Ərtoğrul Sağlam şans verməyib.

Qeyd edək ki, “Əskişəhərspor” Avstriyada daha 3 yoxlama oyunu keçirəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar