Ermənlərin Bakıda təhlükəsizliyi sual altındadır
30 Dekabr 2009 Çərşənbə 22:10
Ermənistan Boks Federasiyası Azərbaycana heç bir məktub göndərməyib
Ermənistan Boks Federasiyasından (EBF) Azərbaycana məktub ünvanlanmayıb. O cümlədən Beynəlxalq Həvəskar Boks Federasiyası da Azərbaycan tərəfinə Bakıda keçiriləcək yarışda iştirak etmək istəyən erməni boksçularının təhlükəsizliyinin təminatı ilə bağlı müraciət etməyib. Bunu Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev deyib. Federasiya rəsmisi vurğulayıb ki, rəsmi məktub olduqdan sonra Azərbaycan tərəfi məsələyə münasibət bildirəcək.
Xatırladaq ki, “Novosti-Armeniya” saytı AİBA prezidenti Çinq Kuo Vu Azərbaycana bununla bağlı rəsmi məktub ünvanladığı haqda xəbər yaymışdı. Onu da qeyd edək ki, gənclərin növbəti Olimpiya oyunlarına lisenziya xarakteri daşıyan boks üzrə Dünya birinciliyi gələn ilin aprel ayının 20-30-dək Bakıda keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: