Ermənistan yığmasının baş məşqçisi sevincindən öldü
24 May 2010 Bazar Ertəsi 15:25
Aşot Mxitaryan hava limanında atletləri qarşılayarkən keçinib.
Ermənistanın “Zvartnots” hava limanında bu ölkənin ağır atletika üzrə yığma komandasının baş məşqçisi Aşot Mxitaryan keçinib.

51 yaşlı məşqçinin ürəyi partladığı bildirilir. Baş məşqçi hava limanına İspaniyada keçirilən Avropa çempionatında çıxışlarını başa vurmuş erməni atletlərini qarşılamaq üçün gəlibmiş.

Xatırladaq ki, Aşot Mxitaryan Ermənistanın ağır atletika üzrə yığma komandasını 2006-cı ildən çalışdırırdı. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar