Ermənistan yığmasında türk futbolçu çıxış edə bilər
17 Yanvar 2011 Bazar Ertəsi 15:40
“Ayaks”ın üzvü Araz Özbiliz yekun qərar verməkdə çətinlik çəkir.
Hollandiyanın “Ayaks” klubunun 20 yaşlı türk futbolçusu Araz Özbiliz Ermənistan yığmasının şərəfini qoruya bilər. Ermənistan Futbol Federasiyası artıq futbolçunun milliləşdirilərək yığmaya cəlb edilməsi ilə bağlı danışıqlara başlayıb. Ermənistan milli komandasının baş məşqçisi Vardan Minasyan da türk futbolçunu sərəncamında görmək istədiyini açıqlayıb.
Digər məlumatlara görə isə Türkiyə yığmasının baş məşqçisi Qus Hiddinkin də Araz Özbilizi sərəncamında görmək istədiyi bildirilir. Futbolçu isə hələ ki, hansı yığmanı seçəcəyi ilə bağlı yekun qərara gəlməyib.
Xatırladaq ki, Araz Özbiliz Türkiyənin Bakırköy bölgəsində doğulub. Bir müddət keçdikdən sonra Özbiliz ailəsi ilə birgə Hollandiyaya köçüb. Sonradan isə peşəkar futbolçu kimi yetişib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: