Ermənistan yığmasına Vardan Minasyan baş məşqçi təyin olundu
12 Fevral 2010 Cümə 12:10
Vardan Minasyan Avro 2012-nin seçmə mərhələsinin sonunadək yığmanı çalışdıracaq.
Futbol üzrə Ermənistan yığma komandasına rəsmən yeni baş məşqçi təyin olunub. Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan özü şəxsən Vardan Minasyanı yığmanın baş məşqçisi postuna təyin edib.
Vardan Minasyanın Avro 2012-nin seçmə mərhələsinin sonunadək öz vəzifəsini icra edəcəyi bildirilir.

Xatırladaq ki, Vardan Minasyan karyerası ərzində “Zəngəzur”, “AOSS/Pünik”, “Erebuni”, “Lozanna Sport” və Sankt-Peterburqun “Lokomotiv” klublarında çıxış edib. Minasyan hazırda “Pünik” klubunu da çalışdırır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar