Ermənistan vətəndaşlığı alan türkiyəli futbolçu əsgərliyə gedəcəkmi?
21 Dekabr 2011 Çərşənbə 02:16
Onun hərbi xidmət məsələsinə Ermənistan hökumətinin sabahkı iclasında baxılacaq
Amsterdamın “Ayaks” klubunun Ermənistan vətəndaşlığını qəbul etmiş türkiyəli futbolçusu Araz Ozbilis Ermənistan ordusunda xidmətdən möhlət alacaq. ANS PRESS-in Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bu ilin oktyabrında Ermənistan vətəndaşı olan futbolçunun məsələsi Ermənistan hökumətinin dekabrın 22-də keçiriləcək iclasında müzakirə olunacaq.

Araz Ozbilis 1990-cı ilin martın anadan olub və yaşına görə hərbi xidmətə çağırılmalıdır. Təcrübəyə görə, hökumət idmançılara hərbi xidmətdən möhlət hüququ verir.

Araz Ozbilis (Ermənistan vətəndaşlığı oldıqdan sonra Araz Özbilis İhsanoviç) İrəvanın mərkəzi hərbi komissarlığında qeydiyyatdadır.

Araz Özbilis 1990-cı illərdə Hollandiyaya köçmüş Türkiyə ermənilərinin ailəsində anadan olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar