Ermənistan güləşçilərimizi İrəvana dəvət etdi
15 Yanvar 2010 Cümə 12:50
Bu ölkədə yunan-Roma güləşi üzrə Dünya kuboku keçiriləcək
Ermənistanın paytaxtı İrəvan şəhərində yunan-Roma güləşi üzrə Dünya kuboku keçiriləcək. Turnirdə ümumilikdə Rusiya, Gürcüstan, Türkiyə, Macarıstan, İran və Kuba komandaları iştirak edəcəklər.

Ermənistan Güləş Federasiyası ölkəmizə də bu turnirdə iştirak etmək üçün dəvət göndərib. Azərbaycan idmançıların Ermənistana yollanacağı isə hələ ki, sual altındadır.

Xatırladaq ki, Dünya kuboku fevralın 12-dən 14-dək keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar