Ermənistan futbolunda görünməmiş qalmaqal
08 Oktyabr 2010 Cümə 15:15
Bu ölkənin Futbol Federasiyası bütün hakimləri işindən kənarlaşdırıb.
Ermənistan futbolunda yeni qalmaqal yaşanmaqdadır. Bu dəfə Ermənistan Futbol Federasiyasının (EFF) prezidenti Ruben Ayrapetyan futbol üzrə Ermənistan çempionatının oyunlarını idarə edən hakimlərin işindən narazı qalaraq onları kütləvi şəkildə cəzalandırıb. Hakimlər Ermənistan çempionatının növbəti tur oyunlarını idarə etməkdən məhrum ediliblər.
Ermənistan çempionatının keçirilməsini təhlükə altına atmamaq üçün yeniyetmələr liqasının oyunlarını idarə edən hakimlərin yüksək komandaların oyunlarını idarə etmək üçün dəvət olunmaları planlaşdırılır. Ermənistan Futbol Federasiyasının rəhbəri növbəti mövsümdən ümumiyyətlə Ermənistan çempionatındakı qarşılaşmaları idarə etmək üçün ölkəyə əcnəbi ədalət təmsilçilərinin dəvət ediləcəklərini istisna etməyib.
Xatırladaq ki, futbol üzrə Ermənistan çempionatının son turunda lider “Banants” və “Mika” klublarının oyununda qalmaqal yaşanmışdı. Matçı idarə edən hakim “Mika”nın iki qolunu saymayaraq sonda “Banants” klubunun lehinə penalti zərbəsi təyin etmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: