Ermənistan futbolu böhran içindədir
11 Avqust 2009 Çərşənbə Axşamı 16:50
Artıq iki mövsümdür ki, dörd erməni klubu UEFA Avrokuboklarından kənarda qalır

 

Artıq iki mövsümdür ki, ard-arda dörd erməni klubu UEFA avrokuboklarının hətta bir seçmə mərhələsini belə keçə bilmir. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın rəsmi saytında bildirilir.

Bu, Ermənistan futbolunun böhran içində olmasından və onların avrokuboklarda oynamaq iqtidarında olmadığından xəbər verir.

Belə ki, bu ölkənin ən adlı-sanlı klubu hesab olunan "Pünik" UEFA Çempionlar Liqasının ilk seçmə mərhələsində Zaqreb “Dinamo”suna məğlub olaraq iştirakını dayandırıb.

"Mika" adlı klub isə Avropa Liqasının final mərhələsinə gedən yolda iki oyunun yekunu üzrə "Helsinborq"a yenilib.

Digər klub "Banants" elə həmin turnirdə Bosniyanın "Şiroki Briyeq" klubuna, "Qandzasar" isə tarixində ilk dəfə qatıldığı avroturnirdə hər iki oyunda Holllandiyanın "Brede" klubuna biyabırçı şəkildə məğlub olaraq kənarda qalıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar