Ermənistan çempionu Çempionlar Liqasına darmadağınla başladı
13 İyul 2011 Çərşənbə 02:22
“Pünik” Çexiyanın “Viktoriya” klubundan dörd cavabsız qol “yedi”.
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində ilk oyunlar keçirilib. Qarşılaşmalar arasında ən böyük hesablı qələbəyə Çexiyanın “Viktoriya” klubu İrəvanda imza atıb. Çexiya komandası Ermənistan çempionu “Pünik”in qapısından dörd cavabsız top keçirib və növbəti mərhələyə vəsiqəni ilk oyunda təmin edib.

Günün digər qarşılaşmalarının nəticədəri:

“Valetta” (Malta) - “Ekranas” (Litva) 2:3
“Moqren” (Çernoqoriya) - “Liteks” (Bolqarıstan) 1:2
“Maribor” (Sloveniya) - “Dödelanc” (Lüksemburq) 2:0
“Slovan” (Slovakiya) - “Tobol” (Qazaxıstan) 2:0
“Şemrok Rovers” (İrlandiya) - “Flora” (Estoniya) 1:0
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar